Rufo Gəncinski ilə bağlı əməliyyat - Saxlanılanlar var

Rufo Gəncinski ilə bağlı əməliyyat - Saxlanılanlar var
17:43

BƏƏ-nin Dubay şəhərində təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.

Yerli mənbələrin məlumatına görə, əməliyyat zamanı 80 nəfər xarici vətəndaş saxlanılıb.

Bildirilib ki, saxlanılanlar arasında bir neçə kriminal avtoritet və dəstə başçısının da olduğu iddia edilir. Onların arasında “Rufo Gəncinski” ləqəbi ilə tanınan şəxsin də yer aldığı qeyd olunur.

Dubayın xüsusi xidmət orqanları əməliyyatın aparıldığını rəsmi şəkildə təsdiqləsələr də, saxlanılan şəxslərin adları ilə bağlı detallı açıqlama verməyiblər. Məlumata görə, Rufo Gəncinski kimi tanınan kriminal avtoritet artıq BƏƏ ərazisindən çıxarılıb.//Nocomment.az


Sizin reklam burada
Sizin reklam burada