Tələbələrin fotolarını yaymaqda təqsirləndirilən Fəxri Cəbrayılov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
News365.az APA- ya istinadla xəbər verir ki, təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.
Qərara əsasən, Fəxri Cəbrayılov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.