Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapılıb

Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapılıb
18:40

Lənkəranda dənizdə meyit tapılıb.

News365.az xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olduğu müəyyən edilib. 

Ə.Həsənzadənin ölümünün səbəbləri araşdırılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib. 

Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib. 

O, həmçinin, Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb.


Sizin reklam burada
Sizin reklam burada