Mütəxsəsilər “Windows11”in suni intelektlə bağlı yeni funksiyasının istifadəcçilər üçün təhlüküəli ola biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
News365.az xəbər verir ki, xəbərdalıqda yeni funksiyanın gizli şəkildə istifadəçi
məlumatlarını toplaya və daha sonra yaya biləcəyi bildirilib.
Mütəxəsislər qeyd edib ki, əməliyyat sisteminin yeni versiyasında çatbot-a müştərilərin müəyyən “Windows”
xidmətlərindən necə istifadə etdikləri barədə məlumat toplamağa imkan verən “Copilot”
xidməti əlavə edilib. Bununla da suni intelekt heç bir icazə almadan
avadanlıqda bir çox yerə giriş əldə edir, və məlumatları öz bazasına göndərir. Əldə edilən məlumatların gizli saxlanlacağına isə heç bir zəmanət verilmir.
Mütəxəsislər təhlükəsizlik üçün yeni funksiyanı söndürməyi məsləhət görürlər.