Azərbaycanın BƏƏ-nin Dubay şəhərindəki baş konsulu geri çağırıldı: Yeni təyinat

Azərbaycanın BƏƏ-nin Dubay şəhərindəki baş konsulu geri çağırıldı: Yeni təyinat
27 Fev 2026 18:04

Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.

News365.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Kamran Vahid oğlu Məmmədzadə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.


Sizin reklam burada
Sizin reklam burada