Türkiyədə parkda silahlı insident baş verib.
News365.az xəbər verir ki, ailə münaqişəsi zəminində insident baş verib.
Belə ki, 46 yaşlı kişi arvadı ilə mübahisə zamanı silahla əvvəlcə həyat yoldaşını yaralayıb, daha sonra isə özünə atəş açıb.
Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Yaralıların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Fakt araşdırılır.