Ermənistanın
baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və
hökumət evlərini tərk etdiyini açıqlayıb.
Akopyan bu
barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi onların
rəsmi nikaha daxil olmaları deyil, artıq birgə həyatlarının başa çatması deməkdir.
Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq.
Çünki aldığı əmlak hələ tikilməkdədir. Yaşayış xərclərinə gəldikdə isə, o,
hesabında 5 milyon dram qaldığını bildirib.
O qeyd edib
ki, "Mənim Addımım" fondu ilə işini davam etdirmək istəyir. Lakin bu
fəaliyyətə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalını da istisna etməyib.
Bunun ardınca
Nikol Paşinyan Anna Akopyanla münasibətlərinin pozulması ilə bağlı açıqlama
verib.
O, Facebook
hesabında bu barədə yazıb.
"Mən Annanın qərarına hörmətlə yanaşıram. Son 30 il ərzində bütün çətin
günlərimdə o, mənim yanımda olub, mənim dayağım və dəstəyim olub. Əmin deyiləm
ki, mən də onun üçün eyni olmuşam. Ola bilsin ki, mən ona daha çox acı
yaşatmışam, bunun üçün üzr istəyirəm", - Paşinyan yazıb.
Ermənistanın
birinci ailəsində nə baş verir?
Qeyd edək
ki, Nikol Paşinyanla Anna Akopyan uzun illər birgə yaşasa da onların rəsmi
nigahı olmayıb. Bunun səbəblərini Paşinyan hər dəfə bir cür söyləyib.
Amma 17
fevral 2026-cı ildə Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi nikaha daxil
olması barədə xəbər yayıldı.
Bu barədə
informasiyanı baş nazirin həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində yazmışdı.
O bildirmişdi ki, vətəndaş nikahı ilə bağlı tarixçə başa çatıb, nikah VVAQ-da rəsmi
şəkildə qeydiyyata alınıb.
Həmçinin, Akopyan mövzunun müzakirəsi zamanı hər kəsi təmkin nümayiş etdirməyə
çağırmışdı.
Amma necə oldusa
cəmi 10 gün sonra Anna Akopyan Nikoldan rəsmən ayrıldığını və hətta birgə
yaşadığlqarı hökümət evini tərk etdiyini yazdı.
Qeyd edək
ki, cütlüyün bir qızı və bir oğlu var.
10 gündə nə
baş verdi?
Ehtimal ki,
bu iyunda keçiriləcək parlament seçkiləriylə bağlıdır. Çünki qarşıdan gələn
seçkilər olduqca gərgin keçəcək. Bu seçki Paşinyanın təkcə siyasi taleyinə yox,
həm də fiziki mövcudluğuna aydınlıq gətirəcək.
Ona görə də Nikol
bu seçkilərə hərtərəfli hazırlaşır.
Məlumdur ki,
erməni cəmiyyətində Anna Akopyana münasibət birmənalı deyil. Onun haqqında tez-tez
müxtəlif xoşagəlməz məlumatlar yayılır.
İddia edilir ki, o, lüks və təmtəraqlı həyat yaşamağı xoşlayır. Və ən əsası
Anna bu istəklərini dövlət büdcəsi hesabına reallaşdırır.
Hətta onun təşkil
etdiyi xeyriyyə tədbirləriylə bağlı mənfi rəylər var.
Çox güman
ki, bütün bunları nəzərə alaraq Nikolla Anna qarşılıqlı razılaşma yolu ilə boşanıblar.
Bununla da ən azı seçkilərə qədər Paşinyan opponentlərinə əlavə fürsət vermək
istəməyib.
Bu mənada bu
boşanma erməni cəmiyyətində sosial yox, siyasi boşanma kimi dəyərləndirilir.
News365.az