Sumqayıtda zavodda partlayış - 3 yaralı var

Sumqayıtda zavodda partlayış - 3 yaralı var
10:07

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib.

News365.az  xəbər verir ki, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada fəhlə işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, 1989-cu il təvəllüdlü Ceyhun Zakir oğlu Davidov və 1997-ci il təvəllüdlü Coşğun Ruşan oğlu Məmmədov müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada