Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı

Vahid Qədim Ukraynada itkin düşüb? - Ağamirzə açıqladı
21:00

Meyxanaçı Vahid Qədimin Ukrayna müharibəsində itkin düşməsi ilə bağlı yayılan məlumatlar yalandır.

News365.az xəbər verir ki, bu barədə meyxanaçı Ağamirzə Məmmədov Bakupost-a açıqlamasında deyib.

“Yaxın dostu ilə danışdım. Onunla dünən gecə əlaqə saxlayıb. Hər şey qaydasındadır, normaldır. Rusiyada özünə zəng çatmır”, - deyə meyxanaçı bildirib.

Qeyd edək ki, ötən gün hərbi bloger Tofiq Şahmuradov Vahid Qədimin Ukraynada, Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşməsi barədə paylaşım etmişdi.


Sizin reklam burada
Sizin reklam burada