Rublun məzənnəsi risk altındadır - Güclü dalğalanma proqnozu

Rublun məzənnəsi risk altındadır - Güclü dalğalanma proqnozu
09:19

Rublun məzənnəsindəki dalğalanmalar, 2026-cı ildə sanksiyaların və neft qiymətlərinin eyni vaxtda dəyişməsi halında daha kəskin ola bilər.

News365.az xəbər verir ki, bu barədə "Garda Capital" investisiya strateqi Aleksandr Baxtin Gazeta.ru-ya bildirib .

“Rusiya ixracına təzyiqin azalması 2026-cı ildə dünya neft qiymətlərinin enməsi üçün ayrıca amilə çevrilə bilər. Qərb analitikləri Ukrayna üzrə sülh sazişinin və Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının təsirini ilin orta qiymətindən təxminən 5 dollar az — yəni qiymətin 50 dollar ətrafında olması kimi qiymətləndirirlər. Bununla yanaşı, qiymətlərə daha bir sıra mühüm amillər təsir edə bilər — ən iri istehlakçılar, xüsusilə Çin tərəfindən enerji daşıyıcılarına tələbin səviyyəsi, OPEC siyasəti, geosiyasi və ticarət münaqişələri, dolların digər valyutalara qarşı mövqeyi”, — deyə Baxtin qeyd edib.

Onun sözlərinə görə, Rusiya son illərdə nefti endirimlə satırdı və sanksiyaların qaldırılması halında bu endirim aradan qalxa bilər. Həmçinin təchizat həcmlərinin artması gözlənilir ki, bu da daha aşağı qiymətləri qismən kompensasiya edəcək.

“Sanksiya rejimində dəyişikliklər fonunda rublun məzənnəsindəki volatillik istənilən halda dövri olaraq yüksələcək — təkcə xammal qiymətlərinin reaksiyasına görə yox, həm də logistikanın, ticarət tərəfdaşları ilə hesablaşma mexanizmlərinin yenidən qurulmasına görə”, - Baxtin vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada