Xameneinin sözçüsü Trampı öldürməyə çağırıb

Xameneinin sözçüsü Trampı öldürməyə çağırıb
01 İyl 2025 20:15

İranın Ali Rəhbəri Əli Xameneinin ofisinin sözçüsü, din xadimi Əlirza Pənahiyan ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahunun açıqlamalarına sərt reaksiya verib.

News365.az xəbər verir ki,  bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. 

"Müctehidlər bildiriblər ki, əgər kimsə, İranın ali rəhbərini təhdid etsə, onun barəsində edam hökmü çıxarılmalıdır. Ali rəhbəri ölümlə hədələdikləri üçün Donald Tramp və Benyamin Netanyahunun öldürülməsi vacibdir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, bu hökmə əsasən, dünyanın istənilən yerində hər bir müsəlman canından keçməli və onları öldürməlidir.


Sizin reklam burada
Sizin reklam burada