Buşehrlə bağlı Rusiyadan İsrailə XƏBƏRDARLIQ

Buşehrlə bağlı Rusiyadan İsrailə XƏBƏRDARLIQ
17:19

Rusiya həftəsonu Buşehrdə rus mütəxəssislərinin çalışdığı ərazilərə yaxın endirilən zərbələrlə bağlı İsrailə xəbərdarlıq göndərib.

Buna səbəb İranda rus mütəxəssislərinin yaşadığı rayonların yaxınlığına endirilən bir neçə zərbə olub. 

Bu barədə informasiyanı “Maariv” nəşri yayıb.

Məlumata görə, xəbərdarlıq İsraildəki Rusiya nümayəndəliyi vasitəsilə çatdırılıb.
 

Mesajda rus mühəndisləri və ekspertlərinin işlədiyi məkanların yaxınlığında endirilən zərbələrə etiraz ifadə olunub.


Bildirilir ki, müraciətdə binalara və ya əmlaka birbaşa ziyan dəyməsindən bəhs edilməyib. Əsas diqqət zərbələrin rus mütəxəssislərinə yaxın məsafədə həyata keçirilməsinə yönəlib.-


Sizin reklam burada
Sizin reklam burada