İran düşmənini təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik hərəkətinə nəzarət də daxil olmaqla, istənilən vasitəyə əl atacaq.
Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahı məlumat yayıb.
"İran silahlı qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazından hərəkətlərə komandanlıq və nəzarət də daxil olmaqla, ölkənin bütün geosiyasi imkanlarından istifadə etmək və təcavüzkarları təslim olmağa məcbur etmək əzmindədir", - deyə məlumatda qeyd olunub.