Regionda gərginlik azalırmı? – İran–ABŞ münasibətlərinə şərh

Regionda gərginlik azalırmı? – İran–ABŞ münasibətlərinə şərh
10:57
"İran - ABŞ arasında aktiv müharibə fazasının bitdiyini qeyd etmək olar."

News365.az xəbər verir ki, bunu ekspert Fərhad Mehdiyev feysbuk səhifəsində paylaşıb.

Münaqişənin eskalasiyası mümkün yuxarı həddlərinə və sərhədlərinə çatmışdır. İrana desant çıxarılması uğursuz oldu, habelə Hörmüz boğazının blokadası da uğursuz oldu, ABŞ irana qarşı beynəlxalq koalisiyanı toplaya bilmədi; Trampin 60 günü dolur və qarşıdan seçkilər gəlir.

Bununla belə bizi gözləyən qalıcı sülh razılaşması deyil, atəşkəs olacaq. Bunun bir neçə səbəbi var; əsas səbəbi də İranın İsraillə bir masaya oturmayacağıdır, yəni İsrail hərhansı sülh razılaşmasının tərəfdarı olmamasıdır. Bununla belə İranla İsrailin masaya oturmamasının strategiya olaraq doğru olmadığı qənaətini daşıyıram; çünki belə yanaşma İsrail üzərinə öhdəlik qoymağa imkan vermir.
Əsas məsələ - Hörmüz açılacaqmı? Böyük ehtimalla açılacaqdır. Hörmüzü İran danışıqlar masasında bir bazarlıq predmeti kimi saxlayır.

Əsas diqqət doğuran məsələ: Suriyanın cənubunda druzlar müstəqilliklərini elan etmə hərəkatını başladırlar. Silahlıdırlar, İsrail bayraqlarını da qaldırırlar. Suriyada parçalanma və yeni daxili müharibə başlaya bilər; buna da İsrail və Türkiyə qarışacaq.

Sizin reklam burada
Sizin reklam burada