"Ramiz Mehdiyevlə eyni prosesdə iştirak edən hər kəs cəzalandırılacaq"- Deputat

"Ramiz Mehdiyevlə eyni prosesdə iştirak edən hər kəs cəzalandırılacaq"- Deputat
14:55

"Ramiz Mehdiyevlə eyni prosesdə iştirak edən hər kəs cəzalandırılacaq".

Milli Məclisin deputatı Ceyhun Məmmədov News365.az-a açıqlamasında bildirib ki, yüksək vəzifədə işləyən hər bir şəxs dövlətçilik prinsiplərini əsas meyar kimi götürməli və prezident tərəfindən göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıdır.

Deputat Ramiz Mehdiyev barədə danışarkən qeyd edib ki, o, həm ulu öndərin, həm də hazırkı prezidentin dövründə yüksək vəzifələrdə çalışıb və böyük məsuliyyət daşıyıb:

“Kifayət qədər təcrübəsi olan, dövlət üçün məsuliyyətli vəzifələrdə çalışan şəxs dövlətə xəyanət etməməli idi. Dövlət ona bütün şəraitləri – ən ali adlar və vəzifələr – təmin etmişdi,” – Ceyhun Məmmədov bildirib.

Deputat əlavə edib ki, bu gün ölkə həssas bir dövrdən keçir və dövlət qarşısında duran vəzifələr böyükdür:

“Hər bir dövlət məmuru cənab Prezidentin etimadını doğrultmalı, fəaliyyətində dövlətçilik prinsiplərini qorumaqla məsuliyyətini yerinə yetirməlidir. Bu məsələ artıq dövlət tərəfindən araşdırılır və prosesdə iştirak edən hər kəs ciddi şəkildə cəzalandırılacaq,” – deputat vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada