Ramiz Mehdiyevin kürəkəni danışdı – VİDEO

Ramiz Mehdiyevin kürəkəni danışdı – VİDEO
12:31

Prezident Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev mətbuatda barəsində yayılan xəbərlərin yalan olduğunu açıqlayıb.

O, bu barədə Musavat TV-yə danışıb.

"Faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”, - eks-deputat əlavə edib.

İ.Əliyev R.Mehdiyevlə bağlı sualı isə cavablandırmaqdan imtina edərək, zəngi sonlandırıb.

Qeyd edək ki, bir neçə gün öncə eks-deputat İlham Əliyevin bahalı avtomobili ilə icarədarı olduğu obyektlərdən icarə haqqını yığarkən görüntüləndiyi ilə bağlı məlumatlar yayılıb.


Sizin reklam burada
Sizin reklam burada