BMT-nin Qaçqınlar üzrə Agentliyi maliyyə çətinlikləri ilə üzləşib.
News365.az xəbər verir ki, qurum xarici yardımların və maliyyələşmənin azalması səbəbindən əlavə iş yerlərinin ixtisarına və təcili islahatlara getməyə məcbur olacaq.
Qeyd olunub ki, maliyyə çatışmazlığı təşkilatın fəaliyyətinə ciddi təsir göstərir. Bu səbəbdən rəhbərlik struktur dəyişiklikləri və xərclərin azaldılması istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb.
BMT Qaçqınlar Agentliyinin rəhbərliyi vəziyyətin idarə olunması üçün təcili tədbirlərin görülməsinin zəruri olduğunu bildirib.