"Ramiz Mehdiyev şəxsi maraqlarını elm adı altında qoruyub"- Elçin Alıoğlu

"Ramiz Mehdiyev şəxsi maraqlarını elm adı altında qoruyub"- Elçin Alıoğlu
13:33

"Ramiz Mehdiyev şəxsi maraqlarını elm adı altında qoruyub".

Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında danışıb.

O bildirib ki, şəxsi münasibətlər heç vaxt mehriban olmayıb, lakin Mehdiyevi alim və elm adamı kimi qiymətləndirib:

“Əfsuslar olsun ki, o bildiklərini şəxsi mənafiə üçün istifadə edib. Ramiz Mehdiyevin varidatı hamıya bəllidir, vətəndaşların çoxsaylı şikayətləri və mənimsəmə faktorları mövcuddur,” – deyə Alıoğlu vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan hakimiyyətində gedən dəyişiklikləri “təmizlənmə əməliyyatı” kimi qiymətləndirmək düzgün deyil:

“Azərbaycan hakimiyyəti işdən təmizlənməklə məşğul deyil. Dövlət idarəetmə mexanizmləri dəyişib, hakimiyyət partokrat, merkantil və ya şəxsi sədaqət prinsipi ilə idarə olunmur. Burada dövlət, hakimiyyət və xalqın sinerjisinə önəm verilir,” – deyə Elçin Alıoğlu qeyd edib.

O həmçinin bildirib ki, Ramiz Mehdiyev özünü hakimiyyətin mərkəzi sayaraq ətrafını şəxsi sədaqət prinsipi ilə formalaşdırmağa çalışıb:

“Ramiz Mehdiyev ‘günəş kralı’ olmaq istəyirdi, deputatlardan tutmuş nazirlərə qədər hər kəsi şəxsi sədaqət əsasında düşərgələrə bölürdü. Lakin onun bu yanaşması sonrakı prosesləri nəzərə almırdı,” – deyə Alıoğlu bildirib.


Sizin reklam burada
Sizin reklam burada