“Ağsaqqalı” təbrik edirəm! Düşərli olsun. Məni 12 il işsiz qoymağın və xəyanətin nəticəsi!
News365.az xəbər verir ki, bu sözləri məşhur YAP-çı, Naftalanın keçmiş icra başçısı Musa Musayev Ramiz Mehdiyevin həbs xəbərindən sonra yazıb.
“Haqq nazilər, lakin üzülməz! Məni qəbul edəndə deyirdi ki, məndən sənə əmanət, çalış pambıqla baş kəs (özü kimi). Sən çox prinsipial adamsan, qılıncı almısan əlinə kim gəldi başını kəsirsən.
Mən heç vaxt yıxılanı baltalamamışam. 2000-2005-ci illər deputat olanda parlamentdə, 2006-cı ildə martın 24-də Naftalana İcra başçısı göndəriləndə isə kabinetində Ramiz Mehdiyevə öz sözümü demişəm. Nəticəsi də hər kəsə bəllidir”, - o qeyd edib.