Bakıda səfərdə olan NATO Baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşüb.
News365.az xəbər verir ki, bu barədə Radmila Şekerinska "X"-da bildirib.
Görüş zamanı NATO-Azərbaycan münasibətləri müzakirə olunub, eyni zamanda, regionda təhlükəsizlik sahəsində vəziyyətin inkişafı, eləcə də Ermənistan-Azərbaycan sülh prosesində növbəti addımlara dair fikir mübadiləsi aparılıb.