Qusarda qəzaya düşən məktəblilərin vəziyyəti açıqlanıb - YENİLƏNİB

Qusarda qəzaya düşən məktəblilərin vəziyyəti açıqlanıb - YENİLƏNİB
17:25

Qusarda avtomobilin vurduğu iki məktəblinin vzəiyyəti açıqlanıb.

Qusar Rayon Mərkəzi Xəstəxanasından  bildirilib ki, vəziyyətləri stabil qiymətləndirilir.

Qurumdan verilən məlumata görə, 2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

***

Qusarda məktəbliləri maşın vurub.

News365.az xəbər verir ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəbli qızı vurub.

Hadisə nəticəsində məktəblilər 2009-cu il təvəllüdlü E.Piriyeva və  2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır./// bakıvaxtı.az



Sizin reklam burada
Sizin reklam burada