Qurani- kərimdə bəd, nəzər var? - İlahiyyatçıdan açıqlama

Qurani- kərimdə bəd, nəzər var? - İlahiyyatçıdan açıqlama
12:03

Bu "göz, nəzər" kimlər üçündür? Niyə bu, yalnız kasıb ailələrin uşaqlarına aid edilir? Niyə bu göz imkanlıların uşaqlarına dəymir, kasıb uşaqlara dəyir?

News365.az xəbər verir ki, bu barədə ilahiyyatçı Elşad Miri danışıb.

Onun sözlərinə görə Quranda bəd, nəzər yoxdur:

Qurani Kərimdə bəd, nəzər deyə bir anlayış yoxdur. Bu, uydurmadır. İnsanların uydurduğu bu "Göz, Nəzər" anlayışı Peyğəmbərin adı ilə əlaqələndirilərək yayılıb. Niyə belə edildiyi mənə məlum deyil. Bu uydurmalar bəzən hətta uşaqları təhlükəyə atmaqla qorxu yaratmaq məqsədi daşıyır.

Bəzi insanlar deyirlər ki, göz, nəzər Allahın bilgisindən xəbərsizdir.  Belə düşüncələrə inanmaqdan uzaq durmaq daha düzgündür. Quranda bunun doğru olduğuna dair heç bir sübut yoxdur və belə iddialar əsassızdır.”

News365.az


Sizin reklam burada
Sizin reklam burada