Quran yandıran islamofob DEPORTASİYA EDİLDİ

Quran yandıran islamofob DEPORTASİYA EDİLDİ
16 May 2025 11:20

Danimarka və İsveçdə tez-tez reaksiyalara səbəb olan Quran yandırma hadisələri ilə gündəmə gələn islamofob Rasmus Paludan İtaliyada şok yaşayıb. İtaliyaya tədbir üçün gələn Paludan ictimai asayiş səbəbiylə deportasiya edilib.

News365.az xəbər verir ki,İtaliyanın Danimarkadakı ifrat sağçı Hard Line partiyasının lideri Rasmus Paludanı ölkəyə tədbir üçün gələndən sonra ictimai asayiş səbəbiylə deportasiya etdiyi bildirilir.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, son illərdə dəfələrlə Quran yandırmaqla gündəmə gələn 43 yaşlı danimarkalı siyasətçi Paludan mayın 17-də Milanın şimalında Avropa ifrat sağçı qruplarının keçirməyi planlaşdırdığı “Köçürmə Sammiti” üçün gəldiyi Malpensa hava limanında İtaliya polisi tərəfindən dayandırılıb.

İctimai asayiş və vətəndaşların təhlükəsizliyi səbəbiylə İtaliyaya buraxılmayan Paludan oradan deportasiya edilib.

Mətbuatda yer alan xəbərə görə, hava limanının bağlı olduğu Varese Əyalət Polis İdarəsi xəbəri təsdiqləyib.

Bu arada mətbuatda miqrasiya sammitinin keçiriləcəyi otelin təşkilatın rezervasiyasını ləğv etdiyi və sammitin harada keçiriləcəyi hələ bəlli deyil.

Qeyd edək ki, Paludan, son illərdə Danimarka və İsveçdə tez-tez reaksiyalara səbəb olan Quran yandırma hadisələri ilə bağlı xəbərlərdə idi.


Sizin reklam burada
Sizin reklam burada