İtaliyada qripəbənzər simptomlarla müşayiət olunan ölüm hallarının artması ciddi narahatlıq doğurur.
Toskana bölgəsində yerləşən Kastilyon Fiorentino şəhərində ölüm səviyyəsi hətta koronavirus pandemiyası dövründə qeydə alınan göstəriciləri də ötüb.
Şəhər meri Mario Aqnellinin sözlərinə görə, qəbirlər ard-arda qazılır, bəzi sakinlər isə qripəbənzər simptomlar yarandıqdan cəmi bir neçə gün sonra həyatını itirir. O bildirib ki, oxşar vəziyyət təkcə Kastilyon Fiorentinoda deyil, ətraf bölgələrdə də müşahidə olunur.
Yerlı mənbələrin məlumatına əsasən, Arezzo əyalətinin əsas xəstəxanasında artan ölüm hallarına görə 17 dəfn salonu yaradılıb.
Hazırda vəziyyət səhiyyə qurumları tərəfindən izlənilir, ölüm hallarının dəqiq səbəbləri ilə bağlı araşdırmalar davam edir./Ajans.az