Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşıb

Qəzzada ölənlərin sayı 73 minə yaxınlaşıb
18:11

İsrailin Qəzza zolağında hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 73 minə yaxınlaşıb.

News365.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

"2023-cü il oktyabrın 7-dən bu günə qədər İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 72.939 nəfər həlak olub, 172.927 nəfər yaralanıb", - deyə nazirlik qeyd edib.

Son 24 saat ərzində Qəzzada bir cəsəd və səkkiz yaralı xəstəxanalara yerləşdirilib.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin oktyabr ayında atəşkəs qüvvəyə mindikdən bəri İsrailin hücumları nəticəsində 930 fələstinli həlak olub, 2819 nəfər yaralanıb.



Sizin reklam burada
Sizin reklam burada