"Vnukovo" hava limanında sərnişinlər Vladiqafqaza təyin olunmuş vaxtda uça bilməyiblər. Bu barədə Shot məlumat yayıb.
"Utair" aviaşirkətinin müştəriləri deyiblər ki, uçuş saat 00:25-də baş tutmalı idi. Lakin pis hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Vladiqafqazda hava limanının əməkdaşlarının uçuş-enmə zolağının qardan təmizlənməsi üçün xeyli vaxt lazım olub. Hava limanı səhər saat 6:00-da yenidən reysləri qəbul etməyə başlayıb, lakin sərnişinlər hələ də Moskva hava limanında qalıblar",- paylaşımda yazılıb.
Eyni zamanda, Telegram kanalının məlumatına görə, ən azı bir təyyarə artıq Vladiqafqaza yola düşüb.
Ümumilikdə 200-ə yaxın sərnişin yola düşməsini gözləyir. "Onların uçuşu on dəfədən çox təxirə salınıb, sərnişinlər Moskva hava limanını təxminən 12 saat əvvəl tərk etməli idilər. Uçuş saat 14:30-a təyin edilib".
Tural