Ukraynada vəziyyət gərgin olaraq qalır. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya qoşunları qondarma Donetsk Xalq Respublikasının Novotroitskoye qəsəbəsini nəzarətə götürüblər.
“Mərkəz” qoşun qruplaşmasının bölmələrinin fəal fəaliyyətləri nəticəsində "Donetsk Xalq Respublikası"nın Novotroitskoye qəsəbəsi azad edilib”, - nazirliyin hesabatında deyilir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.