Belarus rəhbərliyi ABŞ Dövlət Departamentinin öz vətəndaşlarını ölkəmizi tərk etməyi tövsiyə edən hərəkətlərindən narahat deyil. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Pavel Zarubinlə söhbəti zamanı deyib.
“Biz narahat deyilik, praktiki olaraq bizdə amerikalı yoxdur”, - deyə Belarus dövlət başçısı müvafiq sualı cavablandırırkən bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ vətəndaşları Belarusun ümumi əhalisinin cəmi 0,2%-ni təşkil edir. Lukaşenko vurğulayıb ki, respublikanın hakimiyyət orqanları onların iradəsinə zidd olaraq heç kimi ölkə ərazisində saxlamır.
“İstəsələr, bizimlə qalsınlar. İstəmirlərsə olsun...”, - deyə prezident əlavə edib.
O, həmçinin bildirib ki, Vaşinqton artıq bir ildir ki, Minskdən səfirlikdə işçilərin sayını artırmağı xahiş edir. Söhbət diplomatik nümayəndəliyin işçilərinin sayının 100 nəfərə çatdırılmasından gedir.
Tural