Husilər ABŞ-nin 30 milyon dəyərində olan “MQ-9 Reaper” dronunu vurdu

Husilər ABŞ-nin 30 milyon dəyərində olan “MQ-9 Reaper” dronunu vurdu
29 Dek 2024 12:46

Yəmənin Ənsar Allah hərəkatının husiləri Yəmən üzərində Amerikanın 13-cü “MQ-9 Reaper” İHA-nı vurub.

Yəmən Silahlı Qüvvələri verdiyi açıqlamada pilotsuz təyyarənin Bayda bölgəsində yer-hava raketi ilə vurulduğunu təsdiqləyib. Təxminən 30 milyon dollar dəyərində olan “MQ-9 Reaper” yüksək dəqiqlikli kameralara, 360 dərəcə radar sisteminə, müşahidə və hədəf zərbələri endirmək qabiliyyətinə malik texnoloji cəhətdən inkişaf etmiş drondur. O, 45.000 fut yüksəkliyə qədər qalxır və 40 saata qədər havada qala bilir.


Youtube kanalımız