Özü və ya yaxın qohumları bələdiyyəyə namizəd olan DSK üzvləri vəzifədən çıxarıldı

Özü və ya yaxın qohumları bələdiyyəyə namizəd olan DSK üzvləri vəzifədən çıxarıldı
29 Dek 2024 15:13

Özü və ya yaxın qohumları bələdiyyəyə namizəd olan dairə seçki komissiyalarının (DSK) üzvləri vəzifədən azad ediliblər.

Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) dekabrın 29-da keçirilən iclasında müzakirə olunub.

MSK sədrinin müavini Rövzət Qasımovun, MSK katibi Arifə Muxtarovanın və MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 1 saylı Şərur-Sədərək, 51 saylı Şirvan, 68 saylı Sabirabad-Şirvan, 86 saylı Ağcabədi, 91 saylı Zərdab-Kürdəmir-Ucar, 116 saylı Qəbələ, 3 saylı Babək-Şahbuz-Kəngərli, 7 saylı Səbail, 8 saylı Binəqədi birinci, 66 saylı Saatlı, 72 saylı Cəlilabad kənd, 20 saylı Nərimanov ikinci, 46 saylı Sumqayıt beşinci, 112 saylı saylı Zaqatala, 16 saylı Yasamal ikinci, 47 saylı Sumqayıt-Abşeron-Qaradag, 56 Şabran-Xaçmaz, 81 saylı İmişli seçki dairələrinin dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

İclasda xatırladılıb ki, qanunvericiliyin tələbi ilə özü və ya yaxın qohumları seçkilərdə namizəd olan DSK üzvləri bu vəzifədə qala bilməzlər.
 

DSK-ların tərkibində dəyişikliklərin bəzilərinə səbəb də məhz bu məsələdir. Yaxın qohumları namizəd olan DSK üzvləri müvəqqəti azad olunublar, özü namizəd olan DSK üzvlərinin isə fəaliyyətinə xitam verilib.


Müvafiq qərarlar səsverməyə qoyulub və qəbul edilib.


Youtube kanalımız