“Qərbi Azərbaycan İrsi” kitabının Neftçalada təqdimat mərasimi keçirilib

“Qərbi Azərbaycan İrsi” kitabının Neftçalada təqdimat mərasimi keçirilib
10:24

Neftçala Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi" - Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar adlı fundamental nəşrin I cildinin təqdimat mərasimi keçirilib.

News365.az  xəbər verir ki,  tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Təqdimat mərasimində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri Misir Mərdanov, millət vəkilləri Tənzilə Rüstəmxanlı, Neftçala RİH başçısı Mirhəsən Seyidov, eləcə də tanınmış alimlər və ziyalılar çıxış edərək kitabın tarixi və hüquqi əhəmiyyətini xüsusi vurğulayıblar.

Bu cür nəşrlər bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi irsinə sahib çıxır, dağıdılmış abidələrinin, məhv edilmiş qəbiristanlıqlarının izini itirmir və beynəlxalq aləmdə haqq səsini ucaldır.

News365.az  


Sizin reklam burada
Sizin reklam burada