Qərbdən əli üzülən Ermənistan İrana sığınır- TƏHLİL

Qərbdən əli üzülən Ermənistan İrana sığınır-  TƏHLİL
26 Apr 2024 09:45

 

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan İranın səfiri Mehdi Sobhani ilə görüş keçirib, görüşdə tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələlərini müzakirə ediblər.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətinin məlumat yayıb. Məlumatda deyilir ki,  danışıqlar zamanı ikitərəfli gündəliyə və Tehran və İrəvan arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə də toxunulub.

Aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyi dövlət komissiyalarının səkkizinci iclasının yekunlarına əsasən elan edib ki, Ermənistan və Azərbaycan Tavuş vilayətinin delimitasiyasına başlamaq və iyulun 1-dək Ermənistanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin təsdiqini başa çatdırmaq barədə razılığa gəliblər. Hazırda 20 sərhəd postu artıq quraşdırılıb.

Sual olunur: İran Ermənistanla üçüncü ölkənin sərhədlərini niyə müzakirə edir?

Təbii ki, suala həmən cavab vermək bir qədər çətindir. Amma məsələyə bir qədər geniş aspektdən yanaşanda görürsən ki, İran Azərbaycanla bağlı hər məsələ ilə maraqlanır. Daha doğrusu Azərbaycanın hansısa sahədə əldə etdiyi uğuru qəbullanmır, ona hansısa yolla zərbə vurmağa çalışır. Bax, məhz bu səbəbdən rəsmi Tehran Ermənistanla Azərbaycan arasındakı delimitasiya məsələsiylə maraqlanır. Və dolayısı ilə də Ermənistanı bu prosesi pozmağa təşviq edir.

Bunu biz lapdan demirik. Bu məsələ ilə bağlı ortada konkret faktlar var. Beləki, 15-16 fevral 2024-cü il tarixlərində Daşnaksütyun partiyasının “Hay Dat” komitəsi İranın paytaxtı Tehran şəhərində “Hay Dat” bu gün Artsaxın itirilməsi, milli böhran, Ermənistanın öz dövlətçiliyini və suverenliyini qorumaq uğrunda mübarizəsi” adlı tədbir keçirilib. Burada Tavuş yeparxiyasının yepiskopu Baqrat Qalstanyan da iştirak edib və çıxış edib. Çıxışı zamanı o, “Milli birlik vasitəsilə Artsax şəhidlərinin yarımçıq qalmış işlərinin tamamlanmasının vacibliyini” vurğulayıb. Əvvəllər o, açıq şəkildə özünü revanşist adlandırırdı.

Tədbir zamanı bir çox yerli daşnaklar, o cümlədən Ermənistanın İrandakı səfiri Arsen Avaqyanın başçılıq etdiyi erməni diplomatları ön sırada Tavuş vilayətinin yepiskopu Baqrat Qalstanyanın ətrafına toplaşıblar.Araşdırmamız zamanı məlum oldu ki, erməni yepiskopu B.Qalstanyanın İslam İnqilabının 45-ci ildönümündə İrana səfərini təsadüfi saymaq olmaz.

O, yəqin ki, “iranlı ev sahiblərini qarşılamağa” gəlib, inqilabın ildönümünün qeyd edilməsində iştirak edib, onları təbrik edib. Onun İranda olarkən İranın xüsusi xidmət orqanlarından göstərişlər alması və onların göstərişi ilə hərəkət etməsi diqqətdən kənarda qala bilməz.

İranın Ermənistandakı səfiri, ölkəmiz əleyhinə çıxışları ilə tanınan Mehdi Sübhani son müsahibəsində erməni jurnalistin anklavların Azərbaycan Respublikasına verilməsi ilə bağlı sualını cavablandırarkən çox məyus görünüb. Güvəndiyi Baqrat kimi adamlar yəqin ki, planlarını tam reallaşdıra bilməyiblər.

Bu azmış kimi ötən gün Ermənistan XİN yaxın günlərdə Təbrizdə konsulluğun açılacağını bildirib. Bu da növbəti fakt. Göründüyü kimi İran dayanmaq istəmir. Bütün vasitələrlə Azərbaycanın qətiyyətini sarsıtmaq istəyir. 

İlhamə Qiyas, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər