Qərb mediası hərəkətə keçdi: Türkiyədə yaşananlar...

Qərb mediası hərəkətə keçdi: Türkiyədə yaşananlar...
25 Mar 2025 15:50

ABŞ-ın köklü nəşrlərindən olan The Washington Post bu hadisələri "...son onillikdə Türkiyədə baş verən ən böyük anti-hökumət çıxışları" kimi təqdim edib. Nəşr qeyd edir ki, son 5 gündə 1.133 nəfər saxlanılıb, yüz minlərlə insan isə İstanbul və digər şəhərlərdə küçələrə axışıb. 

Mənbə: https://www.washingtonpost.com/world

Polisin su şırnaqları, bibər qazı və ballistik qalxanlarla müdaxiləsinə dair görüntülər sosial mediada yayılıb. Qərb mediası bu mənzərəni “avtoritarizmə qarşı xalqın dirənişi” kimi qələmə verir.

Lakin Türkiyə hökuməti və rəsmi dairələr isə bu aksiyaları siyasi manipulyasiya və hüquqi proseslərə qarşı təzyiq kimi qiymətləndirir. Daxili işlər naziri Əli Yerlikaya X platformasında bildirib ki, etirazlar zamanı qanunsuz hərəkətlərə yol verənlərə qarşı hüquqi tədbirlər görülür və bu, dövlətin suveren hüququdur. 

Ankara: Bu proses hüquqi deyil, geosiyasi hücumdur

Türkiyə siyasi dairələrinin əsas mesajı budur: hüquqi proseslərin bu qədər beynəlxalq kampaniyaya çevrilməsi təsadüfi deyil. Türkiyə son illərdə regionda, o cümlədən konkret olaraq, Suriyada, Qafqazda, Qara dəniz, Ağ dəniz və Xəzər dənizi hövzələrində müstəqil, balanslı və nəticəverici siyasət yürütməkdədir.

Ərdoğanın liderliyi ilə Türkiyənin artan geosiyasi rolu, bəzi qüvvələri ciddi şəkildə narahat edir. Bir biri ilə münaqişədə olan paytaxtlar qəribə bir şəkildə Türkiyəyə münasibətdə gizli müttəfiqə çevriliblər. Vaşinqton, Paris, Təl-Əviv və Tehran mərkəzli müxtəlif qruplar Türkiyənin son 5 ildəki çoxtərəfli yüksəlişini yavaşlatmaq üçün daxili vəziyyətdən fürsət kimi istifadə etməyə çalışırlar. 

cbd135ad-6548-4dd0-bf19-375d99a083ab.jpg (80 KB)

Qərbin “koalisiya mediası”: fürsəti gözdən qaçırmır

The Washington Post, New York Times və digər Qərb media qurumları İmamoğlunun həbsi və onun ətrafında baş verənləri geniş şəkildə işıqlandırır. Maraqlıdır ki, bu media qurumlarının çoxu ABŞ prezidenti Donald Tramp tərəfindən “fake news” – saxta xəbər istehsalçıları kimi qiymətləndirilmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə dəfə bu tip media orqanlarını böyük güclərin əlində “maşa media” adlandırmışdı.

Hazırda bu media qurumları Türkiyədəki situasiyanı qəsdən daha qaranlıq rənglərlə təqdim edir, daxildə yaşanan siyasi prosesi sanki ölkənin çökməsi kimi göstərməyə çalışırlar. 

Rusiya, İran, İsrail, Fransa fürsət axtarışında

Müşahidəçilər bildirirlər ki, İran, İsrail və Fransa başda olmaqla bir sıra regional və qlobal güclər də Türkiyədəki daxili hadisələrə siyasi vasitə kimi baxır. İran öz təsir agentləri vasitəsilə Türkiyə daxilində sabitliyi pozmağa çalışır, İsrail isə regional rəqibi olan Ankaranın zəifləməsindən məmnun görünür. Fransa və bəzi Avropa dairələri isə Türkiyənin Afrika və Yaxın Şərqdə artan nüfuzuna qarşı balans qurmaq istəyir.
Rusiya isə Suriyada aldığı dərin yaraların əvəzini çıxmağa çalışır.

Bu qüvvələr üçün Türkiyədə yaranmış istənilən daxili gərginlik, geopolitik arenada Ankara ilə hesablaşmaq üçün fürsət yaradır. 

1e756a0f-c400-42b2-a2f2-25d25d0f8a37.jpg (74 KB)



Sizin reklam burada
Sizin reklam burada