Yakutskda mayın 1-dən 12-dək Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün qeyd olunması zamanı havaya dron buraxılması qadağan olunacaq.Bu barədə şəhər administrasiyası rəsmi saytında məlumat yayılıb.
“Böyük Qələbənin 80-ci ildönümü ilə bağlı bayram tədbirlərinin təhlükəsizliyini təmin etmək məqsədilə akkreditə olunmuş dövlət KİV-ləri istisna olmaqla, pilotsuz uçuş aparatlarının buraxılmasına və istifadəsinə qadağa tətbiq ediləcək”, - deyə məlumatda bildirilir.
Yakutsk administrasiyası həmçinin qeyd edib ki, dronların icazəsiz buraxılmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
2025-ci ildə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi qeyd olunacaq. Bütün Rusiyada paradlar keçiriləcək. Ümumilikdə yaddaqalan tarixə həsr olunmuş tədbirlər planına 170-dən çox parad daxil edilib. Əsas tədbirlərə “Xatirə şamı”, “Xatirə bağı”, “Müqəddəs Georgi lenti” və “Ölməz alay” kampaniyaları daxildir.
Tural