Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
News365.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, o, bu vəzifəyə 2010-cu ildə təyin olunmuşdu.
Xatırladaq ki, dünən Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və digər bir sıra rəsmilər saxlanılıb.