Qaxda ağır qəza: yaralılar var

Qaxda ağır qəza: yaralılar var
07 İyn 2025 20:59

Qax-Qorağan avtomobil yolunun Qax rayonunun Turaclı kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub.


News365.az xəbər verir ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və VAZ-21099 markalı avtomobillər toqquşub. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərdə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Yaralılar təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda müayinə və müalicələri davam etdirilir.


Baş vermiş qəzanın təfərrüatı araşdırılır.


Sizin reklam burada
Sizin reklam burada