Azyaşlı qızının videosunu yayan ana həbs edildi

Azyaşlı qızının videosunu yayan ana həbs edildi
12 İyn 2025 14:40

Yetkinlik yaşına çatmayan qızının pornoqrafiq videosunu yayan qadın həbs edilib. 

News365.az xəbər verir ki, cinayət hadisəsi Bakıda baş verib. 

Gülnur Əsədova (şərti) qızı üzərindən cinayət törətməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 171-1-ci (uşaq pornoqrafiyasının dövriyyəsi) maddəsi ilə ittiham verilib. 

Təqsiri sübuta yetirilsə, ana 5 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.  Cinayət işi üzrə məhkəmə istintaqının qapalı keçirilməsi qərara alınıb.


Sizin reklam burada
Sizin reklam burada