Naxçıvan şəhərində səhər saatlarından qatı duman müşahidə olunur.
Duman görmə məsafəsini qısaltdığı üçün avtomobil və piyadaların hərəkətində çətinliklər yaradır.
Mövcud hava şəraiti yol hərəkəti iştirakçıları üçün gediş-gəliş zamanı nişanlara uyğun daha diqqətli və məsuliyyətli olmağı zəruri edir.
