Qatar gecikdiyində işə gecikən vətəndaşlar üçün arayış veriləcək

Qatar gecikdiyində işə gecikən vətəndaşlar üçün arayış veriləcək
16 Okt 2025 12:30

Əgər vətəndaş qatarın gecikməsi səbəbindən işə gecikibsə, bu zaman vağzal növbətçisinə yaxınlaşaraq iş yerinə təqdim etmək üçün arayış əldə edə bilər.

News365.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC sərnişinlərə müraciətində bildirib.

"Texniki nasazlıq, hava şəraiti və eləcə də fövqəladə vəziyyətlər zamanı gecikmələr baş verə bilər", - deyə qurum bəyan edib.


Sizin reklam burada
Sizin reklam burada