Qardaş ölkə ilə bağlı QORXUNC SSENARİ baş verəcək? - 12 gün qaldı

Qardaş ölkə ilə bağlı QORXUNC SSENARİ baş verəcək? - 12 gün qaldı
10:28

Pakistandakı neft ehtiyatları 12 günə kifayət edəcək.

News365.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Qurumdan bildiriblər ki, ehtiyatlar ölkəyə gələn yüklər və planlaşdırılan idxal hesabına qorunur.

"Neft emalı zavodları optimal səviyyədə işləyir, benzin, dizel yanacağı və neft tədarükü ilə bağlı ümumi vəziyyət sabit qalır", - deyə Maliyyə Nazirliyi bəyan edib.

Xatırladaq ki, martın 9-da Pakistan hökuməti Yaxın Şərqdəki vəziyyət və Fars körfəzi ölkələrindən enerji daşıyıcılarının tədarükündə yaranan fasilələr fonunda sərt yanacaq qənaəti tədbirləri tətbiq edib.

Martın 18-dən Pakistanda məktəblərin fəaliyyəti dayandırılıb, ali təhsil müəssisələri isə onlayn təhsilə keçiblər. Dövlət qulluqçularının yarısı məsafədən iş rejiminə keçirilib, bütün dövlət müəssisələri dörd günlük iş həftəsinə keçib./Oxu.az



Sizin reklam burada
Sizin reklam burada