Qaradağda 18 kq narkotik dövriyyədən çıxarılıb

Qaradağda 18 kq narkotik dövriyyədən çıxarılıb
18:00

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçirilib.

Bu barədə News365.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı narkoşəbəkənin daha 2 üzvü - 39 yaşlı Vitaliy Belenki və 44 yaşlı Miralim Əliyev saxlanılıb. Onlardan 18 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

Onlar narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdiklərini və ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildirib.


Sizin reklam burada
Sizin reklam burada