“Qarabağ”dan Macarıstanın “Ferentsvaroş” klubuna transfer olunan Julio Romao yeni komandasında uğursuz anlar yaşayıb.
News365.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkə kubokunun 1/16 final mərhələsində “Györ”ə qarşı oyunda avtoqol vurub.
Matçda əsas vaxt 3:3 hesabı ilə başa çatıb. “Ferentsvaroş” 3:2 hesabı ilə öndə olduğu vaxt Romao öz qapısına qol vuraraq “Györ”ə bərabərlik qazandırıb. Nəticədə oyun əlavə vaxta gedib. 117-ci dəqiqədə Kristofer Zakariassenin qolu “Ferentsvaroş”a 4:3 hesablı qələbə gətirib və komanda növbəti mərhələyə yüksəlib.