Aleksandr Volkanovski UFC çempionluq kəmərini qaytarıb

Aleksandr Volkanovski UFC çempionluq kəmərini qaytarıb
13 Apr 2025 13:11

Aprelin 12-dən 13-nə keçən gecə Mayamidə (ABŞ) qarışıq döyüş növləri üzrə UFC 314 turniri baş tutub.

Əsas mübarizə titulun keçmiş sahibi Aleksandr Volkanovski ilə bu çəki dərəcəsində aparıcı döyüşçülərdən biri Dieqo Lopes arasında yüngül çəkidə çempionluq kəməri uğrunda olub.

Döyüş bütün beş raund davam edib və yekdil qərarla Volkanovskinin qələbəsi ilə başa çatıb.

Volkanovski MMA-da 27 qələbə və 4 məğlubiyyətə imza atıb. Lopesin hesabında isə 23 qələbə və 7 məğlubiyyət var.

Beləliklə, Volkanovski çempionluq kəmərini geri qaytarıb.


Sizin reklam burada
Sizin reklam burada