"Qarabağ"ın gücü bəllidir, diqqətli olmalıyıq - Yakiroviç

"Qarabağ"ın gücü bəllidir, diqqətli olmalıyıq - Yakiroviç
27 Avq 2024 20:00

Ötən oyunu böyük hesabla qalib bitirməyimizə baxmayaraq, cavab matçına da yaxşı hazırlaşmışıq.

News365.az xəbər verir ki, bunu "Dinamo"nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.

"Rəqibin gücü bizə bəllidir. Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq", - S.Yakiroviç vurğulayıb.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü sabah saat 20:45-də baş tutacaq.


Sizin reklam burada
Sizin reklam burada