“Ruben Vardanyan Rusiyanın Qarabağ üçün hazırladığı əsas alternativ idi”- İqbal Ağazadə

“Ruben Vardanyan Rusiyanın Qarabağ üçün hazırladığı əsas alternativ idi”- İqbal Ağazadə
15:38

“Ruben Vardanyan Rusiyanın Qarabağ üçün hazırladığı əsas alternativ idi”

Ümid Partiyasının sədri İqbal Ağazadə  bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Alternativlərdən danışmaq çətindir. Rusiyanın alternativini biz müəyyən edə bilmərik. Çünki Rusiyanın Ermənistanda hərbi bazası var və bu, o deməkdir ki, Rusiya istənilən dövrdə, istənilən siyasi fiqurlar arasında özünə uyğun alternativlər tapmaq imkanına malikdir.

Məsələn, əgər Azərbaycan antiterror tədbirləri çərçivəsində cinayətkar Ruben Vardanyanı ölkəyə gətirməmiş olsaydı, o, Rusiyanın əsas alternativlərindən biri kimi ortada qalacaqdı. Təsəvvür edin, Rusiya Ruben Vardanyan üzərindən bir sistem qurmuşdu. Əgər bu quruluş olmasaydı, Vardanyan bu qədər biznes imkanlarını, genişlənə bilən əlaqələrini, gəlir mənbələrini itirib, “vətənpərvərlik” adı ilə Qarabağa gələrdimi? Şübhəlidir.

Əslində, onun bütün layihələri Ermənistana yönəlmişdi. Ermənistan üçün Qarabağ məsələsi həssas və ideoloji cəhətdən dərin bir problem olaraq qavranılır. Bu səbəbdən də son 30 ildə hakimiyyətə gələn liderlər – Koçaryan, Sarkisyan, Ter-Petrosyan və hətta Dəmirçyan və Arutyunyanın gediş-gəlişləri də Qarabağ məsələsi fonunda formalaşıb.

Bu siyasi xadimlər müxtəlif şüarlar altında – demokratiya, azadlıq və s. – hakimiyyətə gəlsələr də, son nəticədə bu proseslər Ermənistanın milli-ideoloji maraqlarına zidd getdiyi anda həmin fiqurlar ya devrilib, ya da özləri geri çəkiliblər. Və sonda yenidən köhnə status-kvoya dönüş baş verib.

Əgər Ruben Vardanyanın 1993-cü ildən bəri fəaliyyəti araşdırılsa, aydın olar ki, o dövrdə qazandığı pulları nə üçün Qarabağa yatırmayıb, niyə o proseslərdə iştirak etməyib? Çünki o, Rusiyanın bəlli dairələrinə – xüsusilə də xüsusi xidmət orqanlarına – bağlı bir fiqur idi. O zaman düymə basılmışdı və onun Qarabağa gəlişi təsadüfi yox, planlı idi."


Sizin reklam burada
Sizin reklam burada