Çin Prezidenti Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
News365.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumata görə, bu, Fransa tərəfinin təşəbbüsü ilə baş verib.
İki lider beynəlxalq və regional problemləri, o cümlədən Ukrayna böhranı, Fələstin-İsrail münaqişəsi və İranın nüvə problemini müzakirə ediblər.
"Biz investisiya, kosmik və nüvə enerjisi kimi ənənəvi sahələrdə əməkdaşlığı dərinləşdirmək üçün imkanlardan istifadə etməliyik", - Çin lideri qeyd edib.
O, həmçinin bildirib ki, Çin və Fransa rəqəmsal, yaşıl, biotibb və gümüş iqtisadiyyatı da daxil olmaqla yeni sahələrdə əməkdaşlığı genişləndirməlidir.
Eyni zamanda, Fransa prezidenti Makron Parisin Pekin ilə bütün sahələrdə praktiki əməkdaşlığı gücləndirməyə və iki ölkə arasında əlaqələrin daha da inkişafına kömək etməyə hazır olduğunu bəyan edib.