Paşinyanın partiyası Köçəryanı hədəfə alıb

Paşinyanın partiyası Köçəryanı hədəfə alıb
15:15

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın verdiyi müsahibədən sonra hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyası “hücuma keçmək” və Köçəryanı ailəsi ilə birlikdə “yox etmək” göstərişi alıb. 

News365.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb. 

Qəzetin yazdığına görə, mediada ikinci material ona həsr olunur, səhifələr ikinci prezidentin və ailəsinin fotoları ilə doludur. Bütün bunlar neqativ şəkildə təqdim olunur. 

“Hraparak”ın digər iddiasına əsasən, Paşinyanın partiyası anti-Köçəryan təbliğatının dozasını daha da artırmaq və qarşıdan gələn parlament iclaslarını “qaydasız döyüş” səhnələrinə çevirmək qərarı verib. 

“Bütün bunlar xüsusilə Köçəryanın komandasının üzvlərinə, o cümlədən oğluna qarşı yönəlib”, - deyə qəzet yazıb.


Sizin reklam burada
Sizin reklam burada