“Paşinyan hakimiyyəti reallığı qəbul etmədi, çıxılmaz vəziyyətə düşdü”- Cavanşir Feyziyev

“Paşinyan hakimiyyəti reallığı qəbul etmədi, çıxılmaz vəziyyətə düşdü”- Cavanşir Feyziyev
15:28

"Rusiyanın Ermənistandakı mövqeyi ilə onun Qazaxıstanda və Azərbaycandakı mövqeyi arasında ciddi fərqlər var. Ermənistanın yeni siyasi hakimiyyəti bu reallığı qəbul etmirdi. Əslində, Ermənistan həm iqtisadi, həm də siyasi baxımdan tamamilə Rusiyanın təsiri altındadır."

Milli Məclisin deputatı Cavanşir Feyziyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

Gözləntilər nə idi? Və nə dəyişdi? Hətta bu dəyişiklik 180 dərəcəlik bir dönüş oldu.
Çünki 2020-ci ildən sonra, hətta ondan əvvəl – 2018-ci ildən etibarən – Ermənistanda formalaşan yeni hakimiyyətin Rusiyaya qarşı sərgilədiyi ritorikanın heç bir nəticə verməyəcəyi əvvəlcədən bəlli idi.

Bu, Ermənistanın 30 ildən artıq müddətdə apardığı yanlış siyasətin acı nəticəsidir və rəsmi İrəvan bu həqiqəti artıq qəbul etməyə məcburdur. Ermənistanın Qərbə, xüsusilə Avropa İttifaqına inteqrasiya cəhdləri əvvəlcədən perspektivsiz idi.

Digər tərəfdən, Rusiya da Cənubi Qafqazda öz təsir dairəsini qoruyub saxlamağa çalışır və bu məqsədlə əsasən Ermənistandan istifadə edir. Ermənistanın 30 il ərzində Azərbaycana qarşı apardığı işğal siyasəti məhz Rusiyanın dəstəyi ilə mümkün olub.

Lakin 2020-ci ildə Azərbaycanın atdığı qəti və strateji addımlar bölgədəki geosiyasi reallıqları kökündən dəyişdi və Ermənistanı çıxılmaz vəziyyətə saldı.

Nə qədər ki, Ermənistan Avropa ilə yaxınlaşmağa can atır, bu istək Rusiya ilə bağlanmış dövlətlərarası müqavilələrlə, xüsusilə də 2004-cü ilə qədər qüvvədə olan Rusiya hərbi bazası haqqında sazişlə məhdudlaşır. Bu faktorlar Ermənistanın manevr imkanlarını ciddi şəkildə azaldır.


Sizin reklam burada
Sizin reklam burada