News365.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfüqar bildirib ki, Qarabağda keçirilən hər bir görüş Azərbaycanın dünyaya verdiyi sülh və barış mesajının təzahürüdür.
"Qarabağda keçirilən görüşlərin hər birini nəzərə alsaq, Azərbaycan bununla regionda Qarabağın artıq sülhün və inkişafın dinamikasının mərkəzinə çevrildiyi mesajını verir. Bu görüşlərlə Azərbaycan qeyd etdiyim kimi bütün dünyaya sülh və barış mesajı vermiş olur. Artıq bu torpaqlarda qan-qada dövrü bitib, torpaqlarımız işğaldan azad olunub, günahsız şəhidlərimiz haqqına qovuşub. İndi Qarabağ, Şuşa regionda sülhü dəstəkləyən, sülhün və barışın bələdçisi olan bir məkana çevrilməkdədir. Bununla həm Azərbaycan prezidentinin apardığı uğurlu xarici siyasətin təcəssümüdür, həm də bu siyasətin təcəssümü əsasında Azərbaycanın regionda yeni geosiyasi reallıqlardan çıxış edərək məhz sülh və barış carçısı olduğunu göstərir." – deyə Ülviyyə Zülfüqar vurğulayıb.
Siyasi şərhçi qeyd edir ki, keçirilən tədbirlər həm regionun gələcək inkişafına, həm də beynəlxalq miqyasda Azərbaycanın mövqeyinin möhkəmlənməsinə xidmət edir.