Türkiyədə azərbaycanlı həkim-mütəxəssis Fərqanə Abbasova vəfat edib.
Bu barədə Türkiyə Psixiatriya Dərnəyi "Instagram" hesabında açıqlama yayıb.
Onun ölüm səbəbi barədə məlumat verilməyib.
Fərqanə Abbasova 2016-cı ildə Azərbaycan Tibb Universitetindən məzun olub.
2021-ci ildə o, İstanbul Universiteti - Cərrahpaşa Tibb Fakültəsi Psixi sağlamlıq və xəstəliklər ixtisası üzrə məzun olub, Türkiyədə bir sıra xəstəxanalarda işləyib.